Başlıcaİctimaiyyət

AXCP fəalı həbsxanada virusa yoluxmasından ehtiyatlanır

6 saylı koloniyada cəza çəkən AXCP üzvü Babək Həsənov virus infeksiyasına yoluxduğundan şübhələnir. Bu barədə Turan-a onun qardaşı Cavid Həsənov bildirib.

“Martın 25-də Babək telefon edib dedi ki, bir neçə gündür ki, qızdırması, boğaz və böyrəklərində ağrı var. Bunların virus infeksiyasının əlamətləri olmasından qorxuruq”, – C.Həsənov deyib.

Onun sözlərinə görə, koloniyada başqa xəstələr də var, ancaq onlar tibb müəssisələrinə köçürülmür, digərləri ilə birlikdə saxlanılır.

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov bu iddiaları təkzib edib.

“Heç bir cəzaçəkmə müəssisəsində xəstə məhbus yoxdur. Vəziyyət ciddi nəzarət altındadır” , – M.Sadıqov Turan-a bildirib.

Daha çox göstər
Back to top button