Başlıcaİctimaiyyət

Ermənistanda şagirdlər koronavirusa yoluxub. Arsen Torosyan

Ermənistanda məktəbli uşaqlarda koronavirus aşkarlanıb, amma sağlamlıqları yaxşıdır, simptomlar yoxdur.

“Aysor”a əsasən, bunu Ermənistanın Səhiyyə naziri Arsen Torosyan martın 26-da keçirdiyi məbuat konfransında bildirib.

“Koronavirusa yoluxmuş uşaqlar arasında həyati təhlükəsi yoxdur. Məktəblilərə koronavirus diaqnozu qoyulub. Onların dəqiq sayını indi xatırlamıram”, – nazir vurğulayıb.

Qeyd edək ki, martın 26-sı saat 10:00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb, onlardan 18-i sağaldı. Faktiki müalicədə 272 nəfər var. 1440 nəfərin testinin cavabı mənfi idi, yoluxmadılar.

Daha çox göstər
Back to top button