BaşlıcaTəhlil

Koronavirus infeksiyasına yoluxduqdan sonra onun uzunmüddətli təsiri nələrdir?

Bəzi xəstələrdə sağaldıqdan sonra ağciyər funksiyası 20-30%-lə azala bilər. Bu haqda  Hong Kongdan olan  həkim  Ouen Zang Tak bəyan edib.

Deutsche Welle-yə görə, Çin həkimləri ağciyər fibrozunun koronavirusa yoluxmanın daha bir təhlükəli nəticəsi olduğunu israr edirlər. Lakin yaxşı bir xəbər də var ki, ağciyər fibrozunun vaxtında tibbi müdaxilə ilə qarşısını almaq mümkündür.

Həkimlər koronavirusun adətən aşağı tənəffüs yollarına təsir göstərdiyinə görə, yoluxmuş insanların əksəriyyətində quru öskürək, hırıltı və pnevmoniya inkişaf edir. Bəzi insanlar üçün uzun müddətli nəticələr infeksiyadan sonra qala bilər.

İmunitet əldə olunmasına gəlincə,mütəxəssislərin qənaətincə , təkrarən yoluxma hadisələri çətin olduğunu söyləyirlər.

Daha çox göstər
Back to top button