Başlıcaİctimaiyyət

Arsen Torosyan: “İki aylıq körpə koronavirusa yoluxub”

ER səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində koronavirusla bağlı son vəziyyəti təqdim etdi.

“Bu gün daha 10 nəfər müalicə olunaraq evə buraxılacaq. Beləliklə, 28 nəfər koronavirusdan sağalıb”,- deyə naziri bildirib.

Səhiyyə naziri qeyd etdi ki, hazırda bir nəfərin vəizyyəti çox ağır qiymətləndirilir, digərlərin həyati təhlükəsi yoxdur.

Arsen Torosyan həmçinin bildirib ki, Ermənistanda iki aylıq körpə də koronavirusa yoluxub.

“Uşağın simptomları yoxdur, anasının iki gündür qızdırması vardır, hazırda simptomları yoxdur. İkisi də həkim nəzarəti altındadır”,- deyə Arsen Torosyan bildirib.

Xatırladaq ki, Ermənistanda kornavirusa yoluxanların sayı 329-a çatıb, onlardan 18-i sağalıb. Hazırda ölkədə 311 aktiv koronavirus xəstəsi var. Dünən ilk ölüm hadisəsi qeydə alınıb.

Daha çox göstər
Back to top button