BaşlıcaSiyasət

Cəbhə bölmələrində koronavirus aşkar edilməyib: ER MN mətbuat katibi

ER Silahlı Qüvvələrinin cəbhə bölmələrində koronavirus aşkar edilməyib. Bu barədə ER Müdafiə nazirinin spikeri Şuşan Stepanyan öz Facebook səhifəsində canlı yayım zamanı deyib.

“Təcrid edilmiş hərbçilər döyüş tapşırıqlarına cəlb edilməyən hərbi hissədəndir. Hazırda cəbhə bölgəsində yerləşən bölmələrdə qeydə alınan hallar yoxdur. Vəziyyət nəzarət altındadır”- deyə, o qeyd etdi.

Martın 27-də Şushan Stepanyan daha iki hərbçinin koronavirus aşkarlandığını bildirdi. Hərbçilər xəstəxanaya yerləşdirilib, sağlamlıq durumları qənaətbəxş olaraq qiymətləndirilir. Cəmi olaraq, 5 koronavirus hadiəsəsi aşkarlanıb və onlarla əlaqədə olanlar təcrid olunub.

Ermənistan hökuməti Ermənistanda fövqəladə vəziyyət elan etdi. Fövqəladə vəziyyət rejimi Ermənistan Respublikasının ərazisində 16 mart 2020-ci il saat 6:30-dan 14 aprel 2020-ci il saat 17:00-dək davam edəcək.

24 mart saat 23:59-dan 31 mart saat 23:59-dək Ermənistan Respublikasında insanların sərbəst hərəkət hüququ məhdudlaşdırılır.

Martın 27-də səhər saat 10:00-da Ermənistanda təsdiqlənmiş koronavirus hadisələrinin ümumi sayı 329-dur. 28 vətəndaş koronavirusdan sağaldı. Martın 26-da bir vətəndaş öldü. 100-dən çox insan təcridxanadan çıxdı.

Daha çox göstər
Back to top button