BaşlıcaSiyasət

Ermənistanla Gürcüstanın birgə qərarı: Zaman Yerevan və Tbilisinindir

ER Baş nazirinin müavini Tigran Avinyan bildirib ki, Ermənistan və Gürcüstan Baş nazirləri telefon danışığı zamanı koronavirus epidemiyasına görə, yük daşımaları üçün yaranmış problemləri və bunların təz zamanda aradan qaldırma mexanizmlərini müzakirə etdilər.

Ermənistan və Gürcüstan bütün dünyada olduğu kimi fözqəladə vəziyyət elan etdilər və iki ölkə də vəziyyəti yalnız öz səyləriylə idarə etmək istəyirlər.

Buna paralel olaraq bəzi problemlər də olduğu halda strateji baxımdan heç nə dəyişmədi. Odur ki, epidemiyadan sonra da Qafqaz təhlükəsizlik sistemini ya Türkiyə-Azərbaycan, ya da Ermənistan-Gürcüstan təmin edəcək. Digər güc mərkəzləri isə, bu kontekstdə mövqelərini tutacaqlar.

Ermənistan və Gürcüstan müttəfiqlərdir və bu müttəfiqliyi başa düşmək xüsusilə cari qlobal fövqəladə və böhran vəziyyətində vacib ola bilər.

Buna görə də Yerevan və Tbilisi həm cari problemləri, həm epidemiyadan sonra olan şəraitlər barədə strateji dialoqu müzakirə etməlidir. Koronavirusa qarşı birgə layihələrdən, o cümlədən bunun iqtisadi nəticələrini aradan qaldırmaqdan danışılmalıdır. Baxmayaraq ki, Ermənistan və Gürcüstan iqtisadiyyatları arasında elə geoiqtisadi və siyasi fərqləri çoxdur.

İndi qlobal böhran dünya iqtisadiyyatını yenidən bərpa etmə və dəyişdirmə qaçılmaz prespektivləri açıb. Gürcüstan üçün öz iqtisadi strukturunu dəyişdirmə imkanı ola bilər.

Gürcüstanla strateji prespektivlərin hazırlanması və bunları həyata keçirmə imkanları Yerevan üçün də vacib olacaqdır. Tərəflər birgə müzakirələr, hazırlıq və siyasi iradə göstərsə, yeni vəziyyətdə Yerevan və Tbilisi zamanı olacaqdır. Yerevan xüsusilə də məxməri inqilabdan sonra bu məsələdə daima hazır olduğunu bildirmişdir.

Daha çox göstər
Back to top button