Başlıcaİctimaiyyət

Ümumdünya Səhiyyə Təşkilatı: “Bir ildən tez koronavirusa qarşı vaksinanın hazırlığını gözləməyə dəyməz”

Yeni növ koronavirus infeksiyasınna qarşı vaksina bir ildə tez hazır olmayacaq. Bu barədə “İnterfaks”-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç bildirib.

Onun sözlərinə görə, peyvəndin hazırlanması çoxmərhələli və üzünmüddətli bir prosesdir. Bunun kliniki sınaqlara da ehtiyacı var.

“Məhz buna görə də, bir ildən tez vaksinanın hazırlığını gözləməyə dəyməz. Test-sistemlərinə gəlincə, Rusiyanın “Vektor” elm mərkəzi dünyanın digər ölkələrində yeni koronavirusun diaqnozunda kömək etmək imkanına malik olan ÜST Referans Laboratoriyalarının Ümumdünya Reyestrinə daxil edilmişdir”,- deyə Vuynoviç bildirib.

Daha çox göstər
Back to top button