Başlıcaİctimaiyyət

Ermənistanda ağ ciyərlərin süni tənəffüsü cihazlarının istehsal edilməsi imkanları müzakirə olunur

Bir neçə gündür ki, bir qrup mühəndislər Ermənistanda ağ ciyərlərin süni tənəffüsü cihazlarının istehsal edilməsi imkanarını müzakirə edir. Bunu öz Facebook səhifəsində canlı yayım zamanı ER Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyan qeyd edib.

O bildirib ki, mütəxəssislər pozulmuş cihazlardan birini bərp etdilər və indi Ermənistanda bu cihazları istehsal etmə ehtimalı nəzərdən keçirilir.

Nazir qeyd edib ki, ağ ciyərlərin süni tənəffüsü cihazlarının tam və ya qismən istehsalına dair fikirlərin və təkliflərin toplama prosesi başlandı.

“Təkliflər aprelin 5-dək [email protected] ünvanına göndərilməlidir.

Xahiş edirik, Sizin kontaktlarınızı, təkliflərinizi və lazımi resursları da əlavə edin”,- Arşakyan qeyd etdi.

Daha çox göstər
Back to top button