Başlıcaİctimaiyyət

Ermənistanın Milli Qalerayası onlayn fəaliyyətinə başlayıb

Ermənistan Milli Qalerayası da sənətsevərlərə maraqlı və rəngarəng proqramlar təqdim edərək onlayn platformada fəaliyyət göstərməyə başlayıb.

Ermənistan Milli Qalerayasının mətbuat xidmətinin sədri Anuş Nikoğosyan bildirib ki, Qalerayasının rəsmi “Facebook” səhifəsində “Dali və Pikaso” sərgisinin çərçivəsində müəlliflərin həyatı və fəaliyyəti, eksponatların yaradılması ilə bağlı nəşrlər barədə ətraflı məlumat verəcəkdir.

Gələn il Ermənistanın Milli Qalerayasının yaradılmasının 100 illiyi qeyd olunacaq. Bu münasibətiylə Milli Qaleryasının binası, fondları, təcrübəli əməkdaşları barədə paylaşımlar olunur. Arxivdə saxlanan şəkillər də yayımlanır. Onlardan bəziləri ilk dəfə geniş ictimaiyyətin diqqətinə çatdırılır.

Daha çox göstər
Back to top button