BaşlıcaSiyasət

Türkiyə Qarabağdakı seçkiləri tanımır

Türkiyə Xarici İşlər Nazirliyi martın 31-də Dağlıq Qarabağ Respublikası / Artsax Respublikasında keçiriləcək prezident və parlament seçkilərinə münasibət bildirdi.

Türkiyə XİN ikinci erməni respublikasında keçirilən seçkiləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneə adlandırdı.

“Bu addım BMT Təhlükəsizlik Şurasının qərarları və ATƏT-in prinsipləri daxil olmaqla hüququn açıq şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq.  Türkiyə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü pozacaq bu qeyri-legitim seçkiləri tanımır”- deyə Türkiyə XİN bəyanatənda deyilir.

Qeyd edək ki, martın 21-də Artsax Respublikasında keçiriləcək prezident seçkilərində 14 namizəd iştirak edir, on partiyanın və iki partiya blokunun deputat mandatları uğrunda mübarizə aparacaq.

Daha çox göstər
Back to top button