BaşlıcaSiyasət

ER XİN: “Azərbaycan beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur”

ER Xarici İşlər Nazrliyi Ermənistan-Azərbaycan sərhədində dünən baş verən insident barədə bəyanat yayıb.

“Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti gərginləşdirmə cəhdlərini qəti şəkildə pisləyirik. Bu cəhdlər nəticəsində Tavuş bölgəsinin Voskevan kəndinin 14 yaşlı sakini yaralandı. Eyni zamanda eyni hissədə Azərbaycan tərəfinin təxribatının qarşısını alarkən iki hərbi qulluqçu yaralanıb. Atəşkəs rejiminin pozulmasının heç bir bəraəti yoxdur, xusüsən hələ də bir vəziyyətdə ki, dünyanın bütün ölkələrinin tibbi qaynaqları yeni bir növ koronavirusla mübarizə aparmaq üçün səfərbər olublar. Bu hərəkətlərlə Azərbaycan beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və BMT baş katibinin atəşkəsi qeyd-şərtsiz qorumaq və təxribatçı hərəkətlərdən çəkinmək çağırışlarına məhəl qoymur.

Bu hərbi inidisent sübut edir ki, Azərbaycan tərəfi ya sərhəddəki silahlı birləşmələrinin hərəkətlərinə nəzarət etmir, ya da qəsdən vəziyyəti gərginləşdir. Bunun tam məsuliyyəti Azərbaycan tərəfinin üzərinə düşür.

Bu hərəkətlər nəticəsində zərər görən vətəndaşlarımıza tez sağalmalarını diləyirik. “

Daha çox göstər
Back to top button