BaşlıcaSiyasət

Türkmənistanda “koronavirus” sözü qadağandır

Türkmənistan hakimiyyəti “koronavirus” sözünün istifadəsini qadağan edib.

Bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatına istinadən Meduza məlumat verib.

Yerli jurnalistlərin bildirdiyinə görə, dövlət mediasında və ya məktəblərdə, xəstəxanalarda və fabriklərdə paylanmış tibbi broşuralarda koronavirus infeksiyası barədə danışılmır.

Azadlıq radiosunun  Türkmənistandakı nümayəndəsi iddia edir ki, küçələrdə qoruyucu maskalar geyinən və ya pandemiya haqqında danışan insanlar həbs olunmaq təhlükəsini yaşayır.

“Pandemiya ilə bağlı bütün məlumatları gizlətmək üçün “koronavirus” sözünün bu qədər köklü çıxarılması ilə Türkmənistan hökuməti öz vətəndaşlarını təhlükə altına alır”- deyə o, qeyd etdi.

Rəsmi məlumatlara görə, Türkmənistanda COVID-19 yoluxma hadisəsi qeydə alınmamışdır. Martın ortalarında Türkmənistanın başçısı Qurbanqulu Berdıməhmmədov, vətəndaşlara köhnə xalq müalicəsi – garmala tüstüsü ilə viruslardan qorunmağı tövsiyə etdi.

Daha çox göstər
Back to top button