BaşlıcaSiyasət

XİN: Türkiyənin bəyanatı bu ölkəin düşmənçilik siyasətinin növbəti təzahürüdür

Dağlıq Qarabağda keçirilən seçkilərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı erməni xalqına qarşı bu ölkənin düşmənçilik siyasətinin növbəti təzahürüdür. Bu barədə ER XİN tərəfindən yayılmış cavab bəyanatında deyilir.

“Türkiyə, seçdiyi beynəlxalq sənədləri şərh etmənin ənənəvi mövqeyinə riayət etməklə, bir tərəfdən BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır, digər tərəfədn də məhz bunlara birbaşa bölgədəki ölkələri Qarabağ münaqişəsi kontekstində düşmənçilik fəaliyyətlərdən çəkinmə çağırışlara məhəl qpoymur. Məhz Türkiyədir ki, onilliklər boyunca Ermənistan Respublikasını blokadada saxlayaraq, Artsax xalqına qarşı, 2016-ci il aprel ayında törədilənləri da daxil olmaqla, aqressiya və vəhşilikləri dəstəkləyir”,- bəyanatda deyilir.

Türkiyə XİN-in ATƏT-in prinsiplərinə və Minsk prosesinə istinadı da əsassızdır. “Xatırladırıq ki, 1992-ci il martın 24-də ATƏT-in qərarı ilə Minsk prosesinin əsası qurulub, Dağlıq Qarabağın seçilmiş nümayəndələrinə də bu prosesin iştirakçısı kimi istinad olunub. Seçilmiş nümayəndələrin olması üçün isə, seçkilər olmalıdır və bu baxımdan Artsaxda keçirilən seçkilər nəinki sülh yolu ilə nizamlanmanın məntiqinə və bunun əsasında olan sənədlərinə zidd deyil, seçkilər məhz bu əsasdan irəli gəlir.

Türkiyə tərəfindən beynəlxalq hüququn müdafiəçisi rolunun alması və beynəlxalq ictimaiyyətə edilən çağırışları bu ölkə tərəfindən xalqların hüquları və qonşu ölkələrin ərazi bütövlüyünə qarşı davamlı təcavüzü və beynəlxalq hüquq və demokratiya normlərini pozan aqressiv siyasətin aparılması fonunda boşdur” .

Qeyd edək ki, Türkiyə keçən gün Artsaxda Prezident və Parlament seçkilərin keçirilməsinə reaksiya verib, seçkiləri “beynəlxalq hüquq normalarına və Azərbaycan ərazi bütövlüyünə zidd” adlandırmışdı. “Türkiyə bu qeyri-qanuni seçkiləri tanımır”,-deyə Türkiyə XİN-in bəayanatında qeyd olunurdu. Rəsmi Ankara beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupuna Artsax seçkilərinin nəticələrini tanımamağa çağırmışdı.

Daha çox göstər
Back to top button