BaşlıcaSiyasət

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək addımları nəzərdən keçirir

ABŞ son 20 ildə Qarabağda görülən işlərdən çox qürur duyur. Bu haqda ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi, səfirliyin Facebook səhifəsindəki video icmalı  ərzində ABŞ-ın Artsaxda minalardan təmizlənmə yardımını dayandırma qərarı ilə bağlı suala cavab verərkən   bildirib.

“ABŞ HALO ilə tərəfdaşlıq etməklə minalardan təmizlənmə yardımını  göstərirdi.Bölgədəki insanların təhlükəsizliyini təmin etmək üçün 17 milyon dollar sərmayə  etmişik”-deyərək  o qeyd edib.

Onun sözlərinə görə, ABŞ həmin proqramı çox uğurlu hesab edir və hazırda “münaqişənin həllinə töhfə verə biləcəyi və uzun müddətdir davam edən münaqişənin uzun müddətli dinc və ədalətli həllini təmin edə biləcəyi hərəkətləri”nəzərdən keçirir.

“Biz işimizi davam etdirəcəyik və ATƏT-in Minsk Qrupunun həmsədri olaraq islahatları dəstəkləyirik. Bunlar ümid etdiyimiz çox vacib səylərdir”-deyərək o bəyan edib.

Daha çox göstər
Back to top button