Başlıcaİdman

Azərbaycan şahmatçıları Levon Aronyana başsağlığı verib

Şahmat dünyası, o cümlədən azərbaycanlı qrossmeysterlər, erməni şahmatçı Levon Aronyana həyat yoldaşının vəfatı ilə əlaqədar başsağlığı verir.

“Bu dünyanın nə qədər yaşayacağını heç kim bilmir. Ancaq bu xəbər çox acı və kədərlidir”-deyə amerikalı şahmatçı Hikaru Nakamura öz “Twitter”səhifəsində yazıb.

Qary Kasparov, amerikalı şahmatçı Hikaru Nakamura, keçmiş çempion Vişvanatan Anand, çempion vəzifəsini icra edən Maqnus Karlsen, vitse-çempion Fabiano Qaruana, FİDE prezidenti Arkadi  Dvorkoviç  Levon Aronyana başsağlığı veriblər.

Azərbaycanlı  grosmaysterlər Rauf Məmmədov və Teymur Rəcəbov həmçinin başsağlığını  verib.

  “Təəssüf edirəm… səbrli ol Levon”-deyərək “Twitter”səhifəsində Məmmədov yazıb.

“Dərindən kədərlənirəm  Levon…”- deyərək Rəcəbov yazıb.

Daha çox göstər
Back to top button