ArtsaxBaşlıca

Artsax XİN: “Beynəlxalq ictimaiyyət Artsaxın səylərini dəstəkləməlidir”

Artsax Respublikasının Xarici İşlər Nazirliyi martın 31-də Artsaxda keçirilən Parlament V’ Prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur.

“2020-ci ilin martın 31-də, 2017-ci ilin xalq referandumu əsaısnda qəbul olunan Konsitutsiyaya əsasən Artsax Respublikasında eyni zamanda altıncı Prezident və yeddinci Parlament seçkiləri keçirilib.

Respublika rəhbərliyi rəqabətli, azad və beynəlxalq standartlara uyğun olan seçkilər üçün hər cür şərait yaradıb. 140 beynəlxalq müşahidəçi və 38 ölkədən 40-a yaxın xarici jurnalist Arstaxda keçirilən seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib.

Təəssüf ki, yeni növ koronavirusun (COVID-19) yayaılması ilə bağlı müxtəlif ölkələr tərəfindən aparılan profilaktik tədbirlər, o cümlədən səyahət məhdudiyyətləri səbəbindən beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin iştirakını təmin edə bilməyib. Qeyd etmək lazımdır ki, Artsax və Ermənistanın qeyri-hökumət təşkilatlarının təxminən 950 nümayəndəsi seçkiləri müşahidı etdi.

Səsvermədə ümumi seçicilərin72,2% -i iştirak edib. Artsax Respublikası MSK-nın ilkin məlumatına görə, 5 siyasi qüvvə Parlamentə keçib. Qeyd edək ki, 10 siyasi partiya və 2 blok parlament yerləri uğrunda mübarizə aparıb. Prezidentliyə namizədlərin heç birinin 50% -dən çox səs toplamadığı üçün qanunla müəyyən edilmiş müddətdə prezident seçkilərinin ikinci turu keçiriləcəkdir.

Əminik ki, bütün Cənubi Qafqazda demokratik ənənələrin möhkəmləndirilməsi və yayılması bölgədə sülhün, sabitliyin təmin olunmasında mühüm bir töhfə olacaq, eyni zamanda Azərbaycan-Qarabağ münaqişəsinin yalnız sülh yolla nizamlanması üçün lazımi şərait yaradılacaq.

Artsax Respublikası hakimiyyəti və xalqının ardıcıl səylərini beynəlxalq ictimaiyyət dəstəkləməlidir, çünki demokratiyanın, insan haqlarının və qanunun aliliyinin konsolidasiyası ümumdünya bir xarakteri daşıyır və buna görə də bu, bütün dünya birliyinin kollektiv məsuliyyətidir. Bu istiqamətdə süni əngəllərin yaradılması insan hüquqlarının fundamental sənədlərinin müddəalarına ziddir”.

Daha çox göstər
Back to top button