Başlıcaİctimaiyyət

Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər: Nazirlər Kabineti

Azərbaycanda fövqəladə hal elan oluna bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında AR Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, pandemiya ilə bağlı Azərbaycanda vəziyyət yaxşı deyil:

“Ölkədə yayılma halları var. Xüsusi karantin qərarı elan olunub. Amma buna baxmayaraq yoluxma halları sağalma sayından çoxdur. Buna görə də əhalini evdə oturmağa səsləyirik. Çünki cəmi 26 nəfər sağalıb, amma yoluxma halı 300-dən artıqdır”.

İ.Məmmədov qeyd edib ki, əgər bu hal davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər: “Biz çalışmalıyıq ki, yoluxma halları artmasın”.

Daha çox göstər
Back to top button