Başlıcaİctimaiyyət

Azərbaycanda vətəndaşların yerdəyişməsini izləyəcəklər

Azərbaycanda tezliklə polis xüsusi elektron sistem vasitəsilə onlayn rejimdə vətəndaşların yerdəyişməsini izləmək imkanı əldə edəcək. “Turan” agentliyinə əsasən, bu barədə AR İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN polkovniki Əziz Baxışov çərşənbə günü İctimai TV-yə müsahibəsində bildirib.

Belə ki, karantin dövründə vətəndaş evdən çıxmazdan əvvəl müəyyən nömrəyə ya mesaj göndərməli, haraya və nə üçün getdiyini bildirməlidir. Bu məlumat elektron sistemə daxil olacaq və polis əməkdaşlarında olan planşetlərdə əksini tapacaq. Şəxsi saxlayan polis evdən çıxmasına icazə verilib-verilmədiyini yoxlaya biləcək, deyə o bildirib.

“Sistemin işlənib hazırlanması artıq yekunlaşıb və tezliklə ictimaiyyət bu barədə məlumatlandırılacaq”- deyə polkovnik əlavə edib.

Vətəndaş hətta aptekə və ya mağazaya gedərkən belə məlumat verməlidir.

Daha çox göstər
Back to top button