Başlıcaİctimaiyyət

Ermənistanda daha bir insan koronavirusdan öldü

“Nork” infeksiya xəstəlikləri klinik xəstəxanasında koronavirusdan ölüm hadisəsi qeydə alınıb. Məlumatı ER Səhiyyə nazirinin sözçüsü Alina Nikoğosyan verib.

“68 yaşlı xəstənin təsdiqlənmiş ikitərəfli sətəlcəmlə koronavirus xəstəliyi olmuşdur. Bundan əlavə, vətəndaşda xroniki xəstəliklər, o cümlədən işemik ürək xəstəliyi, ağçiyərlərin xroniki obstruktiv xəstəliyi olmuşdur”- deyə o, öz Facebook səhifəsində yazıb.

Nikoğosyan “Sputnik Armeniaya”a açıqlamasında  xəstənin kişi olduğunu bildirib.

Bu, koronavirusdan 5-ci ölüm idi.

Xatırladaq ki, Ermənistanda koronavirus virusuna yoluxanların sayı bir gündə 92 artaraq 663-ə çatmışdır. Dünən məlum olub ki, yoluxmuşlardan biri ölüb. İlk ölüm martın 26-da qeydə alınıb. Martın 29-da daha iki nəfər öldü.

Ermənistan Səhiyyə naziri Arsen Torosyan bu gün bildirib ki, yoluxanlardan 5-nin vəziyyəti ağırdır, biri gəncdir.

Daha çox göstər
Back to top button