İctimaiyyət

Azərbaycanda koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib, 18 nəfər cərimələnib

“Son vaxtlar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilir. Belə hərəkətlərin qarşısı polis orqanları tərəfindən alınır”.

“Report” xəbər verir ki, bu fikirləri AR Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu günədək sosial şəbəkələrdə yalnış məlumat yayan 10 nəfər həbs olunub, 18 nəfər cərimə olunub, 127 nəfərə isə xəbərdarlıq edilib.

Daha çox göstər
Back to top button