BaşlıcaEkonomika

Paşinyan: Cari ilin ilk üç ayında büdcə gəlirləri 16.5% artıb – aydındır ki, bu templəri itirəcəyik

2019-cu il büdcəsinin gəlirləri ilk üç ayda 8.9 milyard dramla artmışdır. Bu barədə bu gün aprelin 2-də hökumət iclasında ER Baş naziri Nikol Paşinyan bəyan edib.

O qeyd edib ki, cari ilin ilk üç ayı göstəriviləri keçən ilin ilk üç ayı göstəricilərindən 49.5 milyard dramla, yəni 16.5 % çoxdu.

“2018-ci ilin ilk üç ayının vergi toplama göstəricilərinin 2019-cu il ilk üç ayının göstəricilərindən 60.5 milyard dramla və ya 25.3 faizla çox olduğunu desək bu göstəricilər daha da gözə çarpan olacaqdır.

Beləliklə də, deyə bilərik ki, 2018-cı illə müqayisədə 2020-ci il ilk üç ayında büdcə gəlirlərini 100 milyard dramla artdırmışıq”,-deyə Paşinyan qeyd etdi.

O vurğuladı ki, koronavirus epidemiyası səbəbindən çox qeyri-müəyyənliklər var. “Aydındır ki, biz bu templləri itirəcəyik, amma böyük hesabla 2019-cu və 2020-ci il ilk üç ayının iqtisadi templəri göstərir ki, hökumətin iqtisadi siyasəti səmərəlidir.

Təbii, yeni vəziyyət yaranıb və böhran şəraitində eyni şəkildə səmərəli iqtisadi qərarlar ala bilməliyik”.

Paşinyan vergiləri vaxtında ödəyən iş adamlarına, həmçinin Dövlət Gəlirlər Komitəsinə vergi yığımının uğurla həyata keçirilməsinə görə minnətdarlığını bildirdi.

Daha çox göstər
Back to top button