
Martın 31-də Artsaxın ümumdövlət seçkilərində müşahidə missiyası aparan “Qara dəniz-Xəzər regionunun Siyasi və sosial araşdırmalar İnstitutunun direktoru Vladimir Zaxarov dünənki mətbuat konfransında səsvermə prosessini təhlil edib.
“Artsaxpress”-in müxbirinin verdiyi məlumata görə, Vladimir Zaxarov çıxışında vətəndaşların əsas fəallığının günün ilk yarısında müşahidə olunduğunu söyləyib.
Beynəlxalq müşahidəçi paytaxtdakı 4 seçki məntəqəsində müşahidə missiyasını keçirib. Səsvermə prosesi ilə yanaşı səs sayma prosesini də izləmişdir.
“Seçkilər yüksək səviyyədə keçdi və deyə bilərəm ki, ümumilikdə demokratik və azad seçkilər keçirilmişdir. Seçicilərin hər birinin fikirlərini sakit şəkildə ifadə edə bilməsi nəzərə çarpırdı”- deyərək V.Zaxarov qeyd edib.
Onun sözlərinə görə, Yeni koronavirus (COVID-19) epidemiyasının yayılması şəraitlərində Artsax infeksiyanın qarşısını almağı bacardı və bununla da seçki proseslərini düzgün təşkil etməyə nail oldu.