ArtsaxBaşlıca

XİN: “Artsax xalqı azad və ləyaqətlə yaşamaq hüququnu qazanmışdır”

Ermənistanın Xarici İşlər Nazirliyi Arstaxda keçirilən seçiklərlə bağlı bəyanat yayıb.

“Artsax hakimiyyətini və xalqını 31 Martda yüksək demokratik standartlara uyğun olan azad və ədalətli seçkilərin keçirilməsi münasibətilə təbrik edirik.

Artsax xalqı azad və ləyaqətlə yaşamaq, demokratik və müasir cəmiyyətə sahib olmaq hüququ qazanmışdır. Demokratik azad rəqabət və vətəndaş həmrəyliyi şəraitində keçirilən bu seçkilər bunun ən yaxşı sübutudur.

İnsan hüquqları əsas sənədləri, xüsusən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və İnsan Hüquqları üzrə Beynəlxalq Paktda, insan hüquqlarının kontekstində ərazinin siyasi, hüquqi və ya beynəlxalq statusunun müəyyən edilə bilməyəcəyini açıq şəkildə bildirilir. Həmçinin qeyd olunur ki, bütün xalqlar öz müqəddəratını təyinetmə hüquqlarına görə siyasi statusunu müəyyənləşdirə və iqtisadi, sosial və mədəni inkişaflarını həyata keçirə bilərlər.

Artsax xalqının öz müqəddəratını təyinetmə hüququ Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasının əsas təməl daşıdır. Bu fakt ATƏT-in Minsk Qrupu həmsədrlərinin təqdim etdiyi nizamlama prinsiplərində və elementlərində tam əksini tapmışdır.

Maraqlıdır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Artsax seçkiləri ilə bağlı bəyanatında münaqişənin həlli prinsipləri və elementləri kontekstində Artsax xalqının gələcəyini təyin etməkdə rolunu bir daha vurğuladılar.
Artsxın parlament seçkilərində və Prezident seçkilərinin ikinci turu nəticəsidnə Artsaxın mandatı alan Artsaxın rəhbərliyi Dağlıq Qarabağın münaqişəsinin sülh yolla nizamlanmasında xüsusi bir məsuliyyət və rol oynayır.

Münaqişənin həllində əsas tərəf kimi Artsaxın seçilmiş hakimiyyətinin fəal iştirakı danışıqlar prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq və nizamlanmanın əsas məsələlərində irəliləyişi təmin edəcəkdir.

Artsax seçkiləri bölgədəki demokratiyanın, insan haqlarının və vətəndaş cəmiyyətinin gücləndirlməsi baxımından da əhəmiyyətlidir. Bu, münaqişənin demokratik cəmiyyət qurmaq üçün keçilməz bir maneə ola bilməyəcəyini bir daha təsdiqləyir. Bu günlərdə, eyni zamanda, dörd il əvvəl Azərbaycan Artsax xalqına başlatdığı hərbi təcavüz və törətdiklərr vəhşiliklərinqurbanlarının xatirəsini yad edirik. Bu kontekstdə bir daha vurğulamaq istəyirik ki, bölgədəki bütün ölkələrin demokratik inkişafı, öz xalqları qarşısında cavabdeh orqanların formalaşdırılması regional təhlükəsizliyin və münaqişənin sülh yolu ilə həllinin qarantıdır.”

Daha çox göstər
Back to top button