BaşlıcaSiyasət

AR XİN: “Azərbaycanın aprel təcavüzü Artsaxın dövlətçiliyini inkişaf etdirmək əzmini gücləndirdi”

2016-cı ilin aprelində Azərbaycanın Artsaxa təcavüzü yalnız Artsax Respublikası xalqnın  və hakimiyyətinin təhlükəsiz yaşaması və dinc inkişafı üçün ən yaxşı təminat olan dövlətçiliyinin daha da möhkəmlənməsi və inkişafı yolunda qətiyyətliyini  bir daha  möhkəmləndirdi.

Bu  haqda Artsax Respublikası Xarici işlər nazirliyinin Azərbaycanın başlatdığı aprel təcavüzünün 4-cü ildönümü münasibətilə yaydığı bəyanatda deyilir.

Azərbaycanın təcavüzü beynəlxalq humanitar hüququn və hərbi əməliyyatların aparılması qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olundu. Bu cinayətlər Artsax Respublikasının İnsan Hüquqları müdafiəçisi İdarəsi tərəfindən hərtərəfli sənədləşdirilmiş və iki xüsusi hesabatda beynəlxalq ictimaiyyətə təqdim olunmuşdur.

2016 Aprel təcavüzü, Azərbaycan-Qarabağ münaqişəsini güc yolu ilə həll etmək üçün Azərbaycanın daha bir cəhdi oldu. Yalnız Artsax Müdafiə Ordusunun qətiyyətli hərəkətləri ilə, eləcə də bütün ermənilərin dəstəyi ilə Bakının planlarını pozmaq və Azərbaycan tərəfini atəşkəs rejiminə qayıtmağa məcbur etmək mümkün oldu.

Azərbaycanın Artsaxa hücumu təkcə respublikamızın deyil, həm də ATƏT-in Minsk qrupunun himayəsi altında Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bir problem oldu. Maraqlıdır ki, aprel təcavüzündən bir qədər əvvəl, 2016-cı il martın 19-da Azərbaycan prezidenti Minsk qrupu həmsədrlərini açıq şəkildə “onların dezkonstruktiv fəaliyyətiylə münaqişəni dondurmağa xidmət edilir” deməklə ittiham etdi və buna görə də Azərbaycan xalqının onların fəaliyyətlərinə inamı tamamilə məhv edildi-demişdir.

Azərbaycan həm aprel təcavüzünün, həm də hərbçilərinin Artsaxa qarşı hərbi əməliyyatlar zamanı törətdiyi cinayət əməllərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır.

 Müharibə cinayətləri törətmiş azərbaycanlı hərbçilərin şəxsən Azərbaycan Prezidenti tərəfindən mükafatlandırılması, bu hərəkətlərin Azərbaycan hakimiyyətinin rəhbərliyi və ya nəzarəti və əmrləri altında həyata keçirildiyini bir daha təsdiqləyir.

 Bu cür cinayətlərin heç bir cəza müddəti olmadığını nəzərə alaraq, Artsax Respublikası  təqsirkarları məsuliyyətə cəlb etmək üçün ardıcıl səylərini davam etdirəcəkdir.

Aprel təcavüzü yalnız Artsax Respublikası xalqının və hakimiyyətlərinin  qətiyyətliyini və dinc inkişafı üçün ən yaxşı təminat olan dövlətçiliyin daha da möhkəmləndirilməsi və inkişafı yolunu seçməsində  artsaxlıların və hakimiyyətinin əzmini daha da gücləndirdi.

Bu gün biz 2016-cı ilin aprelində Azərbaycan təcavüzü nəticəsində öldürülən, dəf edilmiş və ya Bakının hərbi sərgüzəştinin günahsız qurbanına çevrilənlərin xatirəsini yad edirik. Bu faciəli günlərdə Artsax xalqını dəstəkləyənlərin hamısına təşəkkürümüzü bildiririk”-deyərək bəyanatda bildirilib.

Daha çox göstər
Back to top button