Başlıcaİctimaiyyət

Ermənistanda koronavirusdan ölənləri sayı 7-yə çatdı

76 yaşlı xəstənin koronavirus xəstəliyi və ikitərəfli polisegmentar pnevmoniyası vardı.

“Nork” infeksiya klinik xəstəxanasında koronavirusdan ölümlərin 7-ci halı qeydə alındı. Bu barədə öz Facebook səhifəsində ER Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoğosyan yazıb.

“76 yaşlı xəstənin koronavirus xəstəliyi, təsdiq edilmiş ikitərəfli polisegmentar pnevmoniyası vardı. Bundan başqa, qadının xronik xəstəlikləri, o cümlədən şəkər diabeti və arterial hipertoniyası  vardı”,-deyə o yazdı.

Qeyd edək ki, “Nork” infeksiya klinik xəstəxanasında koronavirusdan 78 yaşlı bir qadın da həyatını itirmişdi.

Xatırladaq ki, Ermənistanda koronavirusa yoxulanların sayı 736-ya çatmışdır.

Daha çox göstər
Back to top button