Başlıcaİctimaiyyət

Kim Kardaşyan karantin həyatı barədə

Erməni əsilli Amerikalı məşhur teleulduz Kim Kardaşyan “The View” onlayn-şounun yeni verilişində iştirak etdi və karantində keçirdiyi zaman barədə danışdı.

Realiti şounun ulduzu aktrisa və prodüser Vupi Golgbergla söhbətdə deyib ki, artıq başqa bir uşaq sahibi olmaq istəmir.

Səbəb isə, koronavirus karantinidir. Son bir neçə həftədə Kim boş vaxtını evdə, uşaqlar və həyat yoldaşı ilə keçirir.

“İndi 4 uşaqla eyni evdə qaldım və anladım ki, başqa bir uşaq istəmirəm. Bu çox çətindir. Mən ailəmi çox sevirəm, biz birgə gəzirik, müxtəlif filmələri izləyirik”,-deyə o qeyd etdi.

Ancaq, ulduz onu da qeyd etdi ki, indi ev işləri ilə də məşğul olmağa məcburdur.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni koronavirusu (COVID-19) pandemiya elan etdi. Təşkilat dövlətləri infeksiyaya qarşı aktiv mübarizəyə qoşulmağa çağırdı.

Daha çox göstər
Back to top button