ArtsaxBaşlıca

AR Prezidentliyə namizəd Masis Mailyan seçkilərin ikinci turunda iştirak etməməyə çağırdı

Mailyan, mövqeyini Ermənistanda koronavirusun yayılması və Artsax üçün təhlükə ilə bağlı narahat statistika ilə şərh etdi.

Artsax Respublikası Prezidentliyinə namizəd Masis Mailyan Artsax sakinlərini seşkilərin ikinci turunda iştirak etməməyə çağırıb. Mailyan bəyanatı özünün Feysbuk səhifəsində  yerləşdirərək  əmin edib ki, bu bu  tələm-tələsik  siyasi  qərar deyil.

Martın 31-də keçirilən ümumdövlət seçkilər, Artsax cəmiyyətinin yeni şəraitdə gözlədiyi seçki inkişaflarından çox uzaq idi. Sırf səsvermədən sonra Artsax Respublikası Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatları və Ermənistanın  müşahidə missiyasının qiymətləndirmələrini nəzərə alıram”-deyərək Masis Mailyan yazıb.

O,martın 26-da koronavirusun yayılması şəraitində seçkilərin təxirə salınması üçün bir mövqe tutduğunu xatırlatdı, daha sonra Artsax Respublikasının Prezidentliyə namizədlərindən 4 nəfərin yaydığı bəyanata qoşuldu. Gördüyünüz kimi, bu  mənim mövqeyimdir.

Bu mövqeyə yenidən baxmağa heç bir səbəb görmürəm,  üstəlik,epidemiyanın yayılması ilə bağlı Ermənistanda olan statistika  ciddi narahatlığa səbəb olur”-deyərək Mailyan yazıb.

Bununla yanaşı, o, namizədliyini geri götürmək niyyətində olmadığını, sadəcə seçkilərin ikinci turunu boykot etməyə səslədiyini bildirib.

Xatırladaq ki, martın 31-də Artsaxda Prezident və parlament seçkiləri keçirildi. Aprelin 1-də Artsax Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Srbuhi Arzumanyan Prezident seçkilərinin ikinci turunun keçiriləcəyini elan etdi. Çünki namizədlərdən heç biri 50 + 1 faiz həddini aşmamışdır.

Prezidentliyə namizədlər Arayik Harutyunyan və Masis Mailyan seçkilərin ikinci turunda iştirak edəcəklər.

Artsaxda problemlər olubdur, amma nəticələr səsvermənin real  təsvirini əks etdirir.

Daha çox göstər
Back to top button