BaşlıcaSiyasət

Arman Tatoyan bir azərbaycanlını öldürməkdə şübhəli bilinən erməninin RF-a ekstradisiyası barədə

Bu barədə hüquq müdafiəçisi Arman Tatoyan öz Facebook səhifəsində yazıb.

“Ermənistanda saxlanılan və RF  hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Misak Lazaryanın hüquqları  məsələsiylə  martın 4-də   onun  vəkili Arkadiya Gevorkyan və parlamentin  bir sıra  deputatları mənə müraciət edib.

Vəkil, Misak Lazaryanın təhvil verilməməsi, habelə Ermənistanda sığınacaq verilməsi məsələsini qaldırıb.

Bilirəm ki, Baş Prokurorluq ekstradisiya ilə bağlı hələ qərar verməyib və məsələ müzakirə mərhələsindədir.

Sabah mənim qərarımla təhvil və sığınacaq məsələsinə aydınlıq gətiriləcək və lazımi məlumatların alınması ilə bağlı qeydlər göndəriləcək və qanunda nəzərdə tutulmuş addımlar atılacaqdır.

Vəkil qeyd edib ki, M. Lazaryan aclıq elan edib, bu məsələ  həmçinin bizim diqqətimizdə olacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Yerkir.am Ermənistan  2011-ci ildə  RF-da  azərbaycanlını öldürməkdə şübhələnən erməni Misak Lazaryan ekstradisiya etməsi barədə xəbərdarlıq etmiş və bunu “təsibsiz qərar”adlandırmışdır.

Bu gün də “Sasna Tsrer” partiyası bu qərarı pisləyən bir bəyanat verərək “xəyanətkar proses”adlandırıb.

Daha çox göstər
Back to top button