Başlıcaİctimaiyyət

Cəlilabadda tibb işçiləri lazımı tibbi vasitələrlə təmin edilməməsi səbəbindən koronavirusa yoluxub

Koronavirus pandemiyasına görə Azərbaycanın cənub rayonlarından olan Cəlilabadda rayonun mərkəzi xəstəxanası karantin mərkəzinə çevrilib. Bu barədə Azadliq.info saytı məlumat yayıb.

Burda əsasən İrandan və Lənkəran hava limanı vasitəsilə ölkəyə daxil olan svətəndaşlar karantinə alınır. Xəstəxananın tanınmış həkimlərindən olan Şəmsəddin doktor Azadliq.info-nın redaksiyasına zəng vuraraq bildirib ki, mərkəzi xəstəxanada karantində olan vətəndaşlara xidmət edən tibb işçiləri koronavirus pandemiyasına yoluxub. 

Həmkarlarının fotolarını təqdim edən həkim, buna səbəb kimi onların lazımı tibbi vasitələrlə təmin edilməməsini göstərib:

“Tibbi işçiləri tibbi vasitələr olan eynək, maska və xüsusi geyimlərlə təmin olunmadıqları üçün onlarda kütləvi halda koronavirus yoluxması aşkarlanıb. Vəziyyət çox acınacaqlıdır. Bütün bunlar xəstəxana rəhbərliyinin səhlənkarlığı ucbatından baş verib. Artıq 10 nəfər həkim virusa yoluxub və onlardan dörd nəfəri paytaxt Bakıya çatdırılıb. Burda isə bizi heç adam yerinə qoyan yoxdur. Mən istəyirəm ki, ölkə başçısı burdakı özbaşınalıqla bağlı məsul şəxsləri cəzalandırsın”.

Təqdim edilən fotolardan da məlum olur ki, tibb işçiləri adi maska və əlcəklə təmin olunublar. Hansı ki, onlar xüsusi eynək və formayla təmin olunmalıdırlar.

Daha çox göstər
Back to top button