Başlıcaİctimaiyyət

Naxçıvanda koronavirusa yoluxma 18 faktı qeydə alınıb

Naxçıvnda 18 nəfərdə koronavirus aşkarlanlb.

Ermənistanın İctimai Radiosu Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Qeyd olunur ki, bu günə qədər muxtar respublikada 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bir nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir.

Daha çox göstər
Back to top button