BaşlıcaSiyasət

Putin və Paşinyan koronavirusa qarşı mübarizəni müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin ER Baş naziri Nikol Paşinyanla telefonla danışdı. Bu barədə РИА Новости Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, telefon danışığı zamanı iki ölkə liderləri koronavirusa qarşı mübarizəni müzakirə etdi.

Söhbət erməni tərəfinin təşəbbüsü ilə keçirilib.

“Koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər müzakirə olundu. Nikol Paşinyan bu baxımdan Rusiya tərəfinin göstərdiyi köməyə görə minnətdarlığını bildirdi”.

Əlavə edilir ki, Putin və Paşinyan söhbətdə həm ikitərəfli əməkdaşlığın, həm də Avrasiya İqtisadi Birliyi vasitəsilə qarşılıqlı fəaliyyətin aktual məsələlərinə də toxundu.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoxulanların sayı 833-ə çatdı. Hazırda müalicə alanların sayı 763-dür.

Son məlumatlarla 5 nəfər sağladı. Sağalmış insanların ümumi sayı 62-ə çatdı. 8 xəstə vəfat etdi.

Daha çox göstər
Back to top button