Başlıcaİctimaiyyət

Ermənistanda qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə prosesi başlayacaq: Paşinyan

Ermənistanda qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə etmə sistemi yaradılacaq və bu, korrupsionerlərdən qanunsuz əmlakı ələ keçirməyə və dövlətə qaytarmağa imkan verəcəkdir. Bunu öz facebook səhifəsində canlı yayım zamanı ER Baş naziri Nikol Paşinyan vətənda.ların suallarına cavab verirkən bildirib.

“İndi Parlamentdə qanunsuz əmlakın müsadirəsi barədə qanun müzakirə olunub qəbul edildi. Dövlət başçısı tərəfindən qaunun imzalanmasından sonra qanun qüvvəyə minəcək və Ermənistanda qanunsuz yolla əldə edilmiş və cinayət işləri ilə heç bir əlaqəsi olmayan əmlakın müsadirə prosesi başlayacaq.

Bu işlər cinayət işlərindən ayrı istintaq olunacaq. Bunun üçün yeni sistem yaradılacaq və bu qanun qanunsuz yolla əmlak əldə etmiş korrupsionerlərdən bu əmlakı müsadirə edib dövlətə və xalqa qaytarma imkanı verəcək”,-deyə Baş nazir qeyd etdi.

Daha çox göstər
Back to top button