BaşlıcaSiyasət

Serj Sarkisyan aprel döyüşləriylə bağlı istintaq komitəsinə dəvət edildi

Komissiyanın qarşısına çıxmaq üçün Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sarkisyan qeyd olunan 2 gündən özünə uyğun birini seçə bilər. ER 3-cü Prezidenti Serj Sarkisyan parlamentdə aprel müharibəsinin təffərrüatlarını  araşdıran müvəqqəti  müstəntiq komitəyə dəvət olunub.

Bu haqda  ER 3-cü  Prezidentin idarəsindən məlumatlandırılıb.

Məlumata  əsasən,  Serj Sarkisyan cari il  aprelin 13-də, yaxud  16-da saat 14:00-da (özünə  hansı uyğundursa)dinləmələr  məqsədiylə  2016-cı il  aprelində  hərbi əməliyyatların  təffərrüatlarını araşdırmaq məqsədiylə  yaradılmış xüsusi  istintaq komitəsində olmalıdır.

Xatırladaq ki,  ER  3-cü Prezidentini komissiyaya dəvət etmək  barədə  komissiyanın sədri Andranik Koçaryan  hələ fevral ayında bildirmişdir.

 Bir ilə yaxındır ki, parlamentdə  2016-cı ilin aprelində  genişlənmiş  hərbi əməliyyatların  araşdırıcı istintaq  komitəsi yaradılıb.

2019-cu ildə komissiya 21 iclas çağırmışdır və çox sayda hərbçi və yüksək səviyyəli keçmiş və hazırkı vəzifəli şəxslər komissiyanı maraqlandıran sualları cavablandırmaq üçün dəvət edilmişdir.

Bundan əlavə, Müdafiə nazirliyindən  komissiyaya çox sayda sənəd göndərilib ki, onlardan hazırda 2 684 səhifəsi bu günə qədər 147 mətn və 14 qrafik xəritə, məlumat-analitik-kəşfiyyat, qoşun idarəedilməsi, operativ və digər əsaslı məxvi və həddindən ziyadə məxvi sənədlər olub..

Aprel İstintaq Komissiyası orada Serj Sarkisyanın iştirakını gözləyir.

Daha çox göstər
Back to top button