BaşlıcaSiyasət

AŞ-nin digər ölkələri ilə müqayisədə, Ermənistanda azadlıqdan məhrumedilmənin ən çox azalması müşahidə olunur

Ermənistanda Avropa Şurasının digər ölkələri ilə müqayisədə azadlıqdan məhrum edilmə səviyyəsinin ən  çox azalması hiss edilib.

Bu haqda Ədliyyə naziri Rustam Badasyan öz “Facebook” səhifəsində Avropa Şurasının 2019-cu ildəki cinayət statistikası hesabatına istinadən yazıb.

“Ölkəmizin bir sıra göstəriciləri olduqca ruhlandırıcıdır. Hesabata görə, AŞ-nın digər ölkələri ilə müqayisədə Ermənistanda həbs cəzasının səviyyəsində ən böyük azalma müşahidə edilmişdir – 36% (2018-ci ildə erməni cəzaçəkmə müəssisələrində 3 536 nəfər saxlanılıb.

Eyni hesabata görə, hazırda Ermənistan 100.000  sakinləri hesabıyla, azadlıqdan məhrum lunanlar  sayı ilə  ən aşağı  göstəricisi olan ölkələr sırasındadır və Almaniya, Danimarka və Sloveniya ilə müqayisəolunandır”- deyərək Badasyan yazıb.

Hesabata görə, Ermənistan həbsxanalarında  məhbusların  ümumi sayı 5346 nəfərdir, ancaq cəzaçəkmə müəssisələrində məhkumların sayı cəmi 42,2% -dir ki, bu da Avropanın orta hesabından  demək olar ki, 2 dəfə aşağıdır (89,5%). Qeyd etmək istəyirəm ki, hazırda sıxlıq azalaraq 41,7% təşkil edib.

“2019-cu ildə Ermənistanda qadın məhkumların sayı 3,2% təşkil edib  ki, bu da Avropanın  orta göstəricisindən daha azdır. İllik cinayət statistikasının öyrənilməsi, hökumətin strateji yanaşmaları, xüsusən  həbsxanalarda  azadlıqdan məhrum olmuş şəxslərin ölüm və intiharlarının qarşısının alınmasında aparılan işlər bir daha bunu təsdiqləməyə imkan verir”-deyərək nazir qeyd edib.

Daha çox göstər
Back to top button