BaşlıcaTəhlil

Ermənistan tibbi avadanlıqlar və testlər gətirmək üçün Çinə təyyarə göndərib

   Xüsusi uçuşla Ermənistana  ölkədə koronavirus infeksiyasına qarşı mübarizə vasitələri gətiriləcək.Ermənistan Çinə o ölkədən aldığı  tənəffüs  cihazları və on minlərlə  testlər gətirmək üçün təyyarə göndərib. Bu məlumatı  Sputnik Armeniyaya komendant  evindən bildirilib.

Martın 31-də ER Səhiyyə naziri Arsen Torosyan, yaxın günlərdə səhiyyə sisteminin yeni avadanlıqlarla doldurulacağını bildirmişdir.Onlar xüsusən 100  tənəffüs cihazları, 60.000 test, eləcə də digər tibbi avadanlıqlar – maskalar, tibbi geyimlərdir.

“Təyyarə bu gün yolauçubdur, sabah ya da birisi gün  geri qayıdacaq.O Çindən alınan tibbi avadanlıq və ləvazimatlar gətirəcəkdir”-deyərək komendant evindən  bildirilib..

Torosyanın qeyd etdiyi 100 nəfəs aləti, 60.000 test, maska, xüsusi tibbi geyim və eynək məhz bu uçuşla Ermənistana gətiriləcək. Xatırladaq ki,bu günə qədər Ermənistanda koronavirus xəstəliyinə yoluxanların sayı 853 nəfərdir. Təhlükəli infeksiyayadan  87 nəfər müalicə almış, 8 nəfər  vəfat etmişdir.

Զվարթնոց օդանավակայան. արխիվային լուսանկար

Martın 16-dan aprelin 14-dək Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində Fövqəladə vəziyyət elan edilib. Aprelin 1-dən etibarən daha sərt tədbirlər  həyata keçirilib.

Ölkəyə giriş-çıxış məhdudlaşdırıldı,Yerevanda  və digər şəhərlərdə ictimai tədbirlərə qadağa qoyulub, bir sıra restoran, kafe və mağazalar bağlanıb (ərzaq istisna olmaqla). Təhsil və mədəniyyət müəssisələri  həmçinin bağlanıbdır.

Xaricilərin ER-na girişinə icazə verilmir.

Daha çox göstər
Back to top button