BaşlıcaSiyasət

RF hərbi mütəxəssisləri Ermənistana koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün gəldilər

Yardımla bağlı  Ermənistan və  Rusiyanın  Müdafiə nazirləri arasında razılıq əldə edildi. Rusiyayadan Ermənistana  ilk hərbi mütəxəssislər qrupu gəldi,  onlar erməni həmkarlarına koronavirusla mübarizə üçün epidemiya əleyhinə tədbirlərin təşkilində dəstək verəcəklər. İkinci qrup da  tezliklə gələcək.

İkitərəfli əməkdaşlıq çərçivəsində yardım göstərmək barədə razılaşma Ermənistanla Rusiya Müdafiə naziri David Tonoyan və Sergey Şoyqu arasında əldə edilmişdir.

Военные специалисты и техника из России прибыли в Армению для содействия в борьбе с коронавирусом (7 апреля 2020). Еревaн

Mütəxəssislər özləri ilə birlikdə mobil laboratoriya və COVID-19 infeksiyası testlərini aparmaq imkanı olan dezinfeksiya sistemi gətirdilər. Müdafiə Nazirliyinin sərəncamında olan bu sistemlər ER Silahlı qüvvələri və ER -da yerləşən RF 102-ci hərbi bazasının şəxsi heyəti tərəfindən araşdırma aparmaq imkanını yaradacaqdır.

Военные специалисты и техника из России прибыли в Армению для содействия в борьбе с коронавирусом (7 апреля 2020). Еревaн

Hədəf qruplardakı tədqiqatlar profilaktik tədbirlərin təşkilinə böyük töhfə verəcək və epidemiya əleyhinə tədbirlərin effektivliyini xeyli artıracaqdır.  Xatırladaq ki, aprelin 7-də olan müddətdə Ermənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb. Təhlükəli infeksiyadan 87 nəfər müalicə almış, 8 nəfərsə   dünyasını dəyişmişdir.

Հայաստանի Հանրապետություն է ժամանել ՌԴ զինված ուժերի մասնագետների թիմը

Martın 16-dan 14-dək Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində fövqəladə vəziyyət elan edilib. Aprelin 1-dən etibarən daha sərt tədbirlər  həyata  keçirilib.

Daha çox göstər
Back to top button