BaşlıcaSiyasət

Aprelin 9-dan Azərbaycanda karantin rejimi sərtləşdirilir

Azərbaycanda karantin rejimi ilə əlaqədar xüsusi icazələrlə işə gedən insanların dairəsi aprelin 9-dan məhdudlaşdıırlır. Əmək müqaviləsi və xidmət göstərilməsi haqda müqavilələri olmayan işçilər və 65 yaşdan yuxarı əməkdaşlar bu hüquqdan məhrum edilir. Məlumatı Turan agentliyi yayıb.

Nazirlər Kabineti yanında Əməliyyat Qərargahının nümayəndələri aprelin 8-də brifinqdə Azərbaycanda koronavirusa yoluxanların sayının artmasından narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, buna səbəb əhalinin karantin rejiminə əməl etməməsidir. Onlar xəbərdarlıq ediblər ki, pozuntuları davam edərsə, karantin sərtləşdiriləcək.

Qeyd edək ki, aprelin 8-də Azərbaycanda yoluxanların sayında gündəlik artım rekord həddə çatıb. Bu göstərici ilk dəfə üçrəqəmli həddə çatıb – sutka ərzində 105. Ümumilikdə 822 nəfər yoluxub, onlardan 63-ü müalicə olunub, 8 nəfər vəfat edib, 751 nəfər xəstəxanalardadır.

Yoluxanlardan 37 nəfərin vəziyyəti ağırdır. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Ramin Bayramlı bildirib.

O 47 nəfərin vəziyyətini orta ağır olaraq xarakterizə edir. Koronavirusdan səkkiz ölüm hadisəsi ağır xroniki xəstəliklərin kəskinləşməsi ilə əlaqədardır. Xəstələrin çoxu həkimə gec müraciət etdiyindən vəziyyəti pisləşib.

Daha çox göstər
Back to top button