Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-a çatdı

Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər ölüb․

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, հazırkı dövrədək 926 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Daha çox göstər
Back to top button