Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 105 yeni hal aşkar edilib

Aprelin 8-də Azərbaycanda daha 105 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Məlumatı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov keçirdiyi brifinqdə səsləndirib.

O, koronavirus infeksiyasına yoluxmuş 19 nəfərin sağalaraq evə buraxıldığını vurğulayıb.

İ.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:

“Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Amma ötən həftə ərzində xəstəliyə yoluxma ilə bağlı pozitiv məlumat verə bilmirik”.

Daha çox göstər
Back to top button