Başlıcaİctimaiyyət

Ermənistanda daha 40 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər vəfat etdi

Aprelin 9-u, saat 11:00-də əldə edilmiş məlumatlara əsasən, Ermənistanda koronavirusa yoluxma ilə bağlı 40 yeni hal aşkar edilib. Bu barədə ER Səhiyyə Nazirliyi məlumat yaydı.

Xatırladaq ki, dünənki məlumatlarla koronavirusa yoxulanların sayı 881 idi.

Ümumi olaraq aprelin 9-da koronavirusa yoxulanların sayı 921-ə çatdı.

Aparılmış 4902 test nəticəsi mənfi çıxdı. Son bir gündə 331 test aparıldı. Hazırda müalicə alanların sayı 773-dür.

Son məlumatlara görə, 138 nəfər sağalıb. Son bir gündə 24 nəfər sağalıb. 10 nəfər isə vəfat edib.

Daha çox göstər
Back to top button