BaşlıcaMədəniyyət

Mirzoyan: “Azərbaycanlılar mədəniyyət xadimlərimizin fəaliyyətsiziyindən istifadə etmək istəyirlər

Kulturoloq Knarik Mirzoyan Sputnik Armeniaya müsahibəsində Azərbaycala Türkiyənin balabanı qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət etdiklərinə toxundu. 

Məsələ ondadır ki, Azərbaycanda balabana düdük deyirlər və duduku özlərinə aid kimi təqdim etməyi sevirlər.

Knarik Mirzoyanın fikrincə, azərbaycanlılar fürsəti qaçırmırlar və erməni mədəniyyəti ilə sıx bağlı olan bütün mədəni irs nümunələrini, hazırda duduka etdikləri kimi, özlərinə aid olaraq təqdim edirlər.

“Hamımız da bilirik ki, duduk bizim milli musiqi alətimizdir və heç kəs bu faktı inkar etmir, çünki duduk, Azərbaycanda və Türkiyədə buna bənzəri olmayan, erməni ərik ağacından hazırlanır. Ancaq, azərbaycanlılar o qədər hiyləgərdir ki, bizim mədəni irsimizi özlərinə aid kimi təqdim edə bilərlər”,-deyə kulturolog qeyd etdi. 

Mirzoyanın fikrincə, bu məsələdə ediləcək işlərimiz var. Sözümüzü deməli və azərbaycanlıların bu saxtakarlığına qarşı çıxmalıyıq. Əks halda bu davranlışa daha nə qədər dözməliyik və xaricilərin mədəniyyətimizi özəlləşdirməsinə icazə verməliyik? Mirzoyanın sözlərincə, mədəniyyət xadimləri və xüsusilə də mədəni irslə məşğul aparıcı fiqurlar və sənətşünaslar bu prosesin qarşısını almaq üçün çox səy göstərməlidirlər.

“Eyni şey məmarlığa, milli ənənələrə, mahnılar və rəqslərə və hətta yeməklərə əlaqədardır, çünki azərbaycanlıların erməni tolmasını mənimsəməyə qalxdığında da böyük səs-küy yaranmışdı. Azərbaycanlıların davranışı ciddi araşdırmalara yol açır. Bu həmçinin bizim mədəniyyət xadimlərimizin nöqsanıdır və azərbaycanlılar da bundan istiqafə edirlər”,-deyə kulturoloq qeyd etdi.

Mirzoyanın fikrincə, Türkiyə və Azərbaycanın saxtakarlığına qarşı xalq diplomasiyası nümayəndələri, eləcə də dövlət strukturarının yüksək səviyyəli xadimləri birgə səylərlə mübarizə aparılmalıdır, ki bizim irsimizə sahib çıxma prosesi daha səmərəli olsun. 

Daha çox göstər
Back to top button