BaşlıcaSiyasət

İranda vəziyyət necədir?

 Müsahibimiz Tehranda nəşr olunan “Araks” həftəlik qəzetinin  redaktoru Movses Keşişyandır:

Sual :-   İranda koronavirusun yayılması baxımından indiki vəziyyət necədir, zirvəyə çatıb ya yox, geri çəkilmə  hiss olunur ya yox?

Cavab: –  Geri çəkilmənin olub olmadığını dəqiq bir şəkildə söyləmək mümkün deyil, çünki bu, bir həftəyə təxirə salmağı qərara aldıqları tətilin bitməsindən asılıdır. Yalnız tətil bitdikdən sonra bu barədə danışmaq mümkün olacaq. Hökumət tətil günlərini uzatmağı planlaşdırır.

 Artıq elan edildi ki, bəzi iş yerləri ən azı 10-15 gün ərzində qapalı qalacaq və  gəərk  izləsinlər ki həyata keçirilsin.Bu gün etibarilə zirvəyə çatıb-çatmadığımızı deyə bilmərik.

Hazırda 210 mindən çox insantestdən  keçib. Testlər əvvəlcə xaricdən, əsasən Çin və digər ölkələrdən gətirilmişdi, lakin indi İranda istehsal olunur. Gələn ay ölkədə bu baxımdan özünütəminliyə çatacağı qeyd olunur. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma artıq İranda bu mənada çox iş görülür. Virusun yayılmaması üçün nəzarətin olduqca yaxşı olduğunu deyə bilərəm. Rəsmi yayımlanan məlumatlara inanırıqsa, profilaktik işlərin öz nəticələrini verdiyini söyləməliyik. Əlbətdə istəsək də, istəməsək də, reallıq rəsmi rəqəmlərdən bir az fərqli olacaq, amma görünür ki, fərq çox da olmayacaq. Artıq ölənlərin sayı 4000-ə çatıb ki, bu da çox saydadır, ancaq bu sayların artmaması üçün hər şey edilir.

 Sual: –  İrandakı səhiyyə sistemi epidemiyaya qarşı nə dərəcədə müqavimət göstərə bilər və ya bəzi ölkələrin səhiyyə sistemləri kimi insanlara xidmət göstərə bilirmi?

  Cavab: –    Təbiidir ki, bu günlərdə səhiyyə sistemi kifayət qədər sıxışdırılır, lakin xəstələr ilə məşğul olan çox sayda dövlət və özəl xəstəxana mövcud olduğuna görə hələ də öhdəsindən gələ bilirlər. Bu hələ həyəcan verici bir vəziyyət deyil. Xüsusilə bir çox hallarda bu xəstəliyi evdə olmaq və həkimlərin göstərişlərinə əməl etməklə aradan qaldırmaq olar. Bu gün xəstəxanada olanlar müalicə altındadır, onlardan 4000-i ağır vəziyyətdədir, qalanları daha yaxşı vəziyyətdədir və sayı 25 mindən çoxdur. Bir çox insan artıq müalicə olunub və xəstəxanadan buraxılıb. Tibb heyəti çox yaxşı  işləyir. Vəziyyətin fəlakətli olması indi deyil, amma insanlar məhdudiyyətlərə əməl etməsələr, vəziyyət daha da pisləşə bilər. Həqiqətən məhdudiyyətlərin bitməsini gözləməliyik. Açıqlanan tətillərdən sonra onları bir aya uzatmaq mümkündür.

Sual: – Yaxşı, bəs ölkə iqtisadiyyatı  hansı zərərləri daşıyır?

Cavab: – Ölkə iqtisadiyyatına gəldikdə, ölkənin çox əziyyət çəkməsi təbiidir, çünki həm dövlət, həm də özəl müəssisələr işləmir. Bu məqsədlə dövlət həssas insanlara bir sıra yardımlar göstərmişdir. 60 milyon insana kömək etmək barədə söhbət gedir və bu çoxdur. Ayrıca ehtiyacı olanlara ərzaq yardımı etməyi planlaşdırır.

Bu, epidemiyanın ölkəyə, xüsusən gündəlik əmək haqqı ilə yaşayanlara böyük ziyan vurduğunu göstərir. İnşallah bu vəziyyət tezliklə başa çatacaq ki, insanlar normal bir həyat yaşasınlar. Digər cəhətlərdən vəziyyət normaldır, marketlər doludur, həyəcan yoxdur, çörək və su qıtlığı yoxdur. Ancaq əlbəttə ki, dünya miqyasında problemlər var, o cümlədən sanksiyalar səbəbindən neft satışına qoyulan məhdudiyyətlər və xaricə pul köçürə bilməməsidir.

 İranda aprelin 8-də olan müddətdə  koronavirusla yoluxanların sayı  1997 yeni hadisə təstiq olunub.Ümumi say 67.286-dır Ölənlərin ümumi  sayısa 4003-dür.

Daha çox göstər
Back to top button