BaşlıcaErməni Soyqırımı

Marağda ermənilərin qırğınlarının 28-ci ildönümü münasibətilə Artsax XİN bəyanatı

Artsax XİN Marağada ermənilərin qırğınlarının 28-ci ildönümü münasibətilə bəyanatla çıxış edib. 

Bəyanatı  aşağıda təqdim edirik:

“Bu gün Azərbaycan silahlı qüvvələrinin Artsax Respublikasının Martakert bölgəsindəki Marağa kəndində törətdiyi qırğının 28-ci ildönümüdür. Marağa qırğını Azərbaycan Respublikası tərəfindən təşkil edilmiş və ermənilərə qarşı nifrət hissiylə törədilmiş, erməni əhalisini məhv etməyə yönəlmiş görünməmiş müharibə cinayəti idi.

1992-ci il aprelin 10-da bir neçə saatlıq atəşdən sonra Azərbaycan silahlı qüvvələri Marağaya hücum etdi.

Əhalinin əksər hissəsi təxliyə edildi, ancaq kənddə qalanlar Azərbaycan hərbçiləri tərəfindən qeyri-insani işgəncələrə və qətllərə məruz qaldılar. Artsax özünümüdafiə qüvvələri Marağanı azad etməyə müvəffəq oldu, lakin iki həftə sonra Azərbaycan qoşunları yenidən hücuma keçdi və qohumlarını dəfn etmək üçün kəndə qayıdan sakinlərə qarşı yeni vəhşiliklər etdilər.

Marağa Azərbaycan silahlı qüvvələri tərəfindən işğal edildi və hələ də Azərbaycanın işğalı altındadır. Müxtəlif məlumatlara, o cümlədən Human Rights Watch və Amnesty İnternational-ın hesabatlarına görə, Azərbaycan silahlı qüvvələrinin Marağa şəhərində törətdiyi müharibə cinayətləri nəticəsində 50 mülki şəxs, o cümlədən 30 qadın vəhşicəsinə qətlə yetirildi,daha 50 nəfər, o cümlədən 29 qadın və 9 uşaq girov götürüldü, 19 nəfərin taleyi hələ də məlum deyil.

Faciədən dərhal sonra «Christian Solidarity Worldwide» ümumdünya təşkilatının bir qrup nümayəndəsi ilə kəndə baş çəkən Böyük Britaniya Lordlar Evinin üzvü, keçmiş spikeri və insan haqları fəalı Karoline Koksun  sözlərinə görə, vəhşicəsinə qətlə yetirilən Marağa sakinlərinin cəsədləri viran qaldı, yararsız hala salındı və yandırıldı. Lady Koks Marağa “müasir, lakin daha dəhşətli Golgota” adlandırdı.

Marağa erməni əhalisinin qırğını Azərbaycan hakimiyyəti tərəfindən 1988-1991-ci illərdə Sumqayıtda, Bakıda və Azərbaycanın digər yaşayış yerlərində, sonar isə Şimali Artsaxda həyata keçirilmiş ermənilərin etnik təmizlənməsi siyasətinin növbəti təzahürü idi. Marağa qətliamını həyata keçirən Azərbaycan silahlı qüvvələrinin komandiri Tağıyev Şahin Talıb oğlunun rəsmi olaraq Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi Azərbaycan hakimiyyətinin bu cinayətdə tam məsuliyyət daşıdığını sübut edir.

Azərbaycanın ermənilərə qarşı törətdikləri cinayətlərin cəzasız qalması və beynəlxalq ictimaiyyət tərəfindən onlara lazımi dərəcədə siyasi və hüquqi qiymət verilməməsi Azərbaycanda ermənilərə və bütün erməni dövlətinə qarşı nifrət vəziyyətinin yaranması üçün əlverişli zəmin yaratdı. 24 il sonra, 2016-cı ildə Artsaxa edilən təcavüz zamanı Azərbaycan eyni üsullarla Artsaxda yeni soyqırım aktlarını həyata keçirməyə çalışdı, lakin Artsax Respublikası Müdafiə Ordusu qətiyyətli hərəkətləriylə qarşısı aldı.

Marağa şəhərinin dinc əhalisinin qırğınları bəşəriyyətə və sivilizasiyaya qarşı qədim bir cinayətdir və beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir və bu cinayətin təşkilatçıları və günahkarları cəzalandırılmalıdır.

Bu gün biz Marağa qırğınlarının qurbanlarının xatirəsinə baş əyirik və əmin edirik ki, Artsax Respublikasının hakimiyyəti Artsax xalqının öz vətənində sərbəst və təhlükəsiz yaşamaq hüquqlarının təmin olunması üçün bütün tədbirləri görəcəkdir”.

Daha çox göstər
Back to top button