BaşlıcaEkonomika

Gürcü iqtisadiyyatçı: “Ermənistan iqtisadiyyatı sürətlə bərpa olunacaq”

Bölgə ölkələrində koronavirusun vurduğu ziyan hal hazırda xüsusilə Gürcüstanda daha çox nəzərə çarpmaqdadır. “Gürcüstan iqtisadiyyatında  artıq kəskin şəkildə  çöküntü qeyd olunub”-deyərək iqtisadçılar, larinin bölgənin valyutalarına qarşı ən zəif olduğunu  anlamağa çalışıblar.

Gürcüstan iqtisadiyyatının “hərəkətverici qüvvəsi” illər uzunu  turiz olub, ölkənin bu sektora müqayisə edilməz şəkildə böyük ümidi vardı və gürcü miqrantların köçürdüyü pullar əsasən sektorun inkişafına,  mehmanxanaların inşasına yönəldilmişdir.

İndi turizm tamamilə dayandırılıb. İqtisadi İnkişaf və Tədqiqatlar mərkəzinin  sədr müavini Nika Şengeliyanın  proqnozuna görə, virusun bitməsindən ən az iki il də beləcə qalacaqdır. Buna görə də, onun qənaətincə, Gürcüstan real iqtisadiyyatın inkişafına keçidi etməlidir, necə ki, Ermənistandır.

“Erməni dramının devalvasiyası təxminən doqquz faiz baş verdi, çünki Ermənistanın iqtisadiyyatı ixracat məqsədini daşıyır. Ermənistan  dükanlarının 85%-i erməni istehsalı mallarıdır, ya da idxal olunan  tərkiblərlə hazırlanır”-deyərək  Şengelia qeyd edib ki,  Gürcüstanda. bunun əksidir  20 faizi yerli istehsalatdır, qalan hissəsi isə idxal olunandır.

Gürcüstanda lari qonşuları ilə müqayisədə çox tez dəyərsizləşdi. Martın əvvəlində Gürcüstan milli valyutası dollara nisbətdə 20% dəyərsizləşdi.

İqtisadçının sözlərinə görə, bütün bunlar Gürcüstanda iqtisadiyyatın inkişafı düzgün istiqamətdə getmədiyini göstərdi. Ancaq bu gün onun sözlərinə görə, hakimiyyət koronavirusa qarşı mübarizə tədbirləri ilə məşğuldur.

“Eyni zamanda, Gürcüstan hakimiyyətiləri istehsal müəssisələrinə və  ərzaq istehsalına kömək üçün tədbirlər planlaşdırmalı və inkişaf etdirməlidir. Ancaq biz hələlik bunu  görmürük”.

Yaxın 5 ildə dünya başqa bir iqtisadiyyat görəcək. Bundan əlavə, onun sözlərinə görə, maliyyə sisteminin və iqtisadiyyatın yenidən qurulması birdir  olacaqdır.Ancaq bundan sonra ölkələr yəqin ki, valyuta zonalarında birləşəcək, öz səhvlərindən dərslər dərməyə  çalışacaqlar, bununla belə əvvəllər olduğu kimi  artıq olmayacaqdır.

Beynəlxalq valyuta Fondu, koronavirus epidemiyasının 1929-1933-cü illərdəki Böyük depressiyadan bəri görünməmiş ən böyük qlobal iqtisadi böhrana səbəb olacağını proqnozlaşdırır.

“Böhran ümumiyyətlə dörd mərhələdən ibarətdir: tənəzzül, durğunluq, bərpa və inkişaf. Əslində böhran hələ 2007-2009-cu illərdən başlamışdı. İndiyə qədər heç bir  bərpa olunma baş verməmişdir.  Faktiki biz yeni bir böhrandayıq. Ən inkişaf etmiş ölkələr üçün belə, aradan qaldırmaq  çətin olacaqdır”.

Bununla yanaşı, gürcü iqtisadiyatçı hesab edir ki, Ermənistan iqtisadiyyatı daha çox istehsala yönəldildiyi üçün Gürcüstan iqtisadiyyatından daha sürətli bərpa oluna bilər.

Daha çox göstər
Back to top button