Başlıcaİctimaiyyət

RİA Novosti: “Azərbaycanda koronavirus infeksiyası hallarının sayı 1098-i keçib”

RİA Novosti Respublika hökumətinin operativ qərargahına istinadən xəbər verir ki, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 1098 nəfərə çatıb, son gündə 40 nəfər yoluxub.

“Azərbaycanda 40 yeni koronavirus infeksiyası aşkarlandı. 50 xəstə müalicə edilib. Bu günə qədər ölkədə 1098 təsdiq edilmiş koronavirus infeksiyası hadisəsi mövcuddur.

Onlardan 250 nəfər müalicə olunub, 11 nəfərsə vəfat edib və 837 nəfər müalicəni xüsusi rejim xəstəxanalarında davam etdirir”-deyərək qərargahın  məlumatında  bildirilir.

Keçən müddətdə  ölkədə 66,677 koronavirus testi keçirilmişdir.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni COVID-19 koronavirus infeksiyasının pandemiya olduğunu elan etdi. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada artıq 1,6 milyon yoluxma hadisəsi mövcuddur, onlardan 99 mini  vəfat etmişdir.

.

Daha çox göstər
Back to top button