İctimaiyyət

Azərbaycanda yenə müxalifət nümayəndəsi saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleymanovun bugün, aprelin 14-də Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın qərarı ilə 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Bu barədə AXCP-dən AzadlıqRadiosuna danışıblar. Partiyadan verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin (IXM) 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham edilib.

Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleymanovun saxlandığı bildirilir.

Məlumata görə, B.Süleymanovu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları AXCP sədri Əli Kərimlinin evinin qarşısında saxlayıb.

Daha çox göstər
Back to top button