
Dünyada iqtisadi böhran var və bu, müəyyən dərəcədə Ermənistana təsir edib. Parlamentin aprelin 13-dəki iclasında hökumətin ölkədə Fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı qərarını təqdim edən Baş nazirin müavini Komendant Tiqran Avinyan “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının katibi Arman Abovyanın “ o vətəndaşlar hansı vasitələr əldə etməlidir kimlərin ki, gəliri yoxdur. Onlar eyni zamanda kreditlər üçün faizlər ödəyir”-sualına cavab verərkən qeyd edib.
Bununla yanaşı, Baş nazir müavininin sözlərinə görə, bir çox hallarda böhran ölkədəki məhdudiyyətlərlə əlaqəli deyil. “Dünyada vəziyyət belədir ki, biz nə iqtisadi artım görürük, nə də turist axını. Bu məhdudiyyətlər tətbiq olunmazdan qabaq ərzaq xidməti və mehmanxana biznesi ciddi problemlərlə üzləşmişdir”- deyərək Komendant aydınlaşdırdı.
Öz növbəsində parlamentin spikeri Ararat Mirzoyan əlavə edib ki, hazırda 320 mindən çox şəxsə ümumilikdə 12 milyard dram kredit məzuniyyəti verilib. Eyni zamanda, parlament sədrinin sözlərinə görə, daha 6,600 hüquqi şəxsə 28 milyard dram kredit məzuniyyəti verilib.