BaşlıcaSiyasət

Ermənistan Silahlı Qüvvələrinin altı hərbçisi koronavirusdan sağaldılar və azad edildiər

Ermənistan Silahlı Qüvvələrinin  6 hərbçisi koronavirusdan sağaldılar və azad edildilər. Bu haqda  Ermənistan Silahlı Qüvvələrinin tibbi  idarəsi üzrə rəhbəri Sahak Ohanyan aprelin 13-də keçirdiyi brifinq zamanı bəyan edib.

Onun sözlərinə görə, hərbçilər arasında ağır və ya çox ağır  pasientlər yoxdur. TAO  qurğusuna  birləşən  və ya sətəlcəm xəstələri də yoxdur. Təcrid olunanların və xəstələrin sayına gəlincə, Sahak Ohanyan bu cür məlumatların yayımlanmasını məqsədəuyğun hesab etməyib. “Yalnız onların azsaylı  olduğunu  deyə bilərəm”-deyərək   idarə rəhbəri əlavə edib.

Sahak Ohanyan qeyd etdi ki, hazırda ordunin  kazarmalaşma vəziyyətinə keçmək üçün ehtiyac  yoxdur.Hərbi həkimlər vəziyyəti dəf  etməyə qadirdir.

“Əgər  lazım gələrsə  oxşar qərar qəbul ediləcək”-deyərək Ohanyan vurğuladı ki. Həkimlər  epidemiya  şəraitlərində işləmək sınağına,məsələn  donuz qripi kimi xəstəliyə üstün gəlməyə  qadirdir.

Onun sözlərinə görə, hərbçilərin xəstəliyi amilində doğmaları məlumatlandırılmalıdır. Müqaviləli hərbiçilər  və zabitlərinin hərbi hissədən kənara çıxaraq  əhali ilə ünsiyyət qurması və bununla da  hərbiçilər üçün potensial yoluxma mənbəyinə çevrilməsinə   təhlükə deyilmi?-sualına  idarə  rəhbəri  qeyd etdi ki,  oxşar qaydada hərbiçilərə mümkün qqədər  təmasları  ixtisar etmək çağırışı edilib.

Eyni zamanda,  idarə rəhbəri hərbi  bölmələrdən birinə qida təchiz edən  şirkətin qabyuyanının təcrid olunduğu barədə mediada yayılan xəbərləri təsdiqlədi.

Onun sözlərinə görə, bütün əlaqə dairəsi təcrid olunmuşdur, şirkət rəhbərliyi vəziyyəti izləyir. Ohanyan xəstənin  hərbiçilərlə ünsiyyət qurmadığını, yalnız qabları yuyduğunu xüsusilə vurğuladı.

Birinci yoluxma hadisəsinə gəlincə, Sahak Ohanyanın sözlərinə görə, artıq bütün xəstələr sıralara qayıtdılar və hərbi bölmə xidməti öz  təbii ritmindədir.

İdarə rəhbəri həmçinin bildirdi ki, Artsax Müdafiə Ordusunda koronavirus infeksiyasıyla yoluxma hadisələri  qeydə alınmayıb. Ermənistan Silahlı Qüvvələrinin tibb işçiləri arasında xəstələr yoxdur.

Daha çox göstər
Back to top button