BaşlıcaEkonomika

Fitch Ratings Azərbaycanla bağlı proqnozu “neqativ”ə endirib, bir sıra hərəkətləri tənqid edir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə “stabil”dən “mənfi”yə dəyişib. Bu barədə Turan agentliyi məlumat yayıb.

 Agentliyin hesabatında qeyd olunur ki, “ölkədə baş verən hadisələr 17 iyul 2020-ci ildə təyin edilmiş Azərbaycan üzrə “Fitch “suveren reytinqinə yenidən baxılma təqvimdən kənara çıxmağı tələb edir”.

Agentliyin ekspertlərinin fikrincə, 2020-ci ildə ÜDM 4.8% azalacaq, halbuki əvvəllər Fitch artımı 2,2%, Azərbaycan hökuməti isə 3% proqnozlaşdırırdı, bu isə indiki şəraitdə mümkün deyil. 

Bunu əsasında “neftin qiymətinin kəskin enməsi və koronavirus COVID-19-un yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin 2020-ci ildə Azərbaycanda iqtisadi fəallığın azalmasına səbəb olacağı” faktı dayanır.

“Fitch, 2020-ci ildə ÜDM-in 4.8% azalacağını proqnozlaşdırır, çünki gəlir, istehlak və neft və qeyri-neft sektorları karantin məhdudiyyətlərindən əziyyət çəkəcək.

Lakin biz proqnozlaşdırırıq ki, neft qiymətləri və məcmu tələb artdıqca 2021-ci ildə ÜDM artımı 2,5% olacaq”, – deyə agentliyin məlumatında qeyd olunur.

Fitch bu il Azərbaycanda inflyasiyanı 1,5% səviyyəsində proqnozlaşdırır (bu reytinq agentliyinin yanvar ayı üçün proqnozu 3,3% idi).

Fitch həmçinin hesab edir ki, neftin qiymətinin düşməsi nəticəsində 2020-ci ildə büdcə kəsiri ilin əvvəlində güman edilən 4,4% əvəzinə ÜDM-in 6,8%-i qədər olacaq.

“Neftin kəskin ucuzlaşması Dövlət Neft Fondunun gəlirlərini xeyli azaldacaq, eyni zamanda bu dövrdə sosial ödənişlərin artımı gözlənilir, çünki işsizliyin 2019-cu ildəki 5%-dən bu il 8%-ə yüksələcək. «Fitch» gözləyir ki, bir qədər əvvəl tətbiq edilən fiskal qaydalar müvəqqəti olaraq dayandırılacaq ki, hökumət böhrana reaksiya versin”, – deyə agentlik qeyd edir.

Agetlik hesab edir ki, dövlət borcu aşağıdır (2019-cu ilin sonuna olan vəziyyətə ÜDM-nin 19,1%-ni təşkil edir), lakin koronavirusa qarşı tədbirlərin maliyyələşdirilməsi səbəbindən 2020-ci ilin sonuna ÜDM-nin 23,8%-i təşkil edəcək.

Daha çox göstər
Back to top button