BaşlıcaSiyasət

Avrasya İqtisadi Birliyinin lideriləri bütün dövlətləri pandemiya günlərində silahlı qarşıdurmanı dayandırmağa çağırıb

Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin liderləri bütün dövlətlərə silahlı qarşıdurmaya, birtərəfli sanksiyalara və ticarət müharibələrinə son qoymağa çağırıb.

Ermənistanın İctimai Radiosu “TASS”-a istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Birliyinin videokonfrans vasitəsilə keçirilmiş samitinin nəticələri əsasında qəbul olunmuş bəyanatında deyilir.

“Bütün dövlətləri beynəlxalq əməkdaşlığı dəstəkləməyə, etimadı gücləndirməyə, silahlı qarşıdurmaya, ticarət müharibələrinə, birtərəfli maliyyə və iqtisadi sanksiyalara və beynəlxalq hüquq normalarına riayət etməyə çağırırıq” ,- deyə bəyanatda qeyd olunur.

Avrasiya İqtisadi Birliyininin üzv ölkələrinin liderləri qida, tibbi avadanlıqlar və dərman vasitələri, fərdi qoruyucu vasitələrin sərbəst hərəkət etmə prinsipinə əməl edilməsini də dəstəkləyirlər.

Dövlətlərimizin qəbul etdiyi operativ və sistemli tədbirlər COVID-19 pndemiyasının ölkələrimizin iqtisadiyyatına təsirini azaltmaq və ümumi iqtisadi məkanın fəaliyyətini təmin etmək məqsədi daşıyır.

AİB-ə üzv ölkələrinin rəhbərləri koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün birlikdə işləməyə davam etməyə hazır olduqlarını bir daha təsdiqlədilər.

Daha çox göstər
Back to top button